Trusted software

Etibarlı proqram təminatı − Etibarlı Hesablama Bazasına daxil olan proqram təminatı.
Trusted path
Trustworthy computing (TwC)
OBASTAN VİKİ
Gearbox Software
Gearbox Software — kompüter və videooyun sənayəsində çalışan ABŞ şirkəti. 1999-cu ildə bir qrup yaradıcı tərəfindən təsis edilib. Baş ofisi Texas ştatının Plano şəhərində yerləşir. Şirkət Rendi Piçford, Stiven Bahl, Lendon Mantqhomeri, Brayan Martel və Rob Heyronimus tərəfindən 1999-cu ilin yanvar ayında yaradılıb. "Gearbox" studiyasının yaradıcıları şirkətin yaradılması zamanı demək olar ki, videooyunların hazırlanması üzrə ixtisaslaşan başqa şirkətlərdə çalışırdılar. Şirkətin ilk işi Valve tərəfindən sifariş edilən Half-Life üçün əlavələrin yaradılması oldu. Studiya Valve-nin sifarişi ilə orijinal Half-Life-a üç əlavə Opposing Force, Blue Shift və PS2 versiyası üçün eksklüziv Decay əlavələrini hazırlayır. Half-Life: Opposing Force əlavəsində süjet orijinal Half-Life ilə paralel inkişaf edir. Burada baş qəhrəman Qara Meza tədqiqat mərkəzinə eksperementin nəticəsini və şahidləri təmizləmək üçün göndərilmiş xüsusi təyinatlı Adrian Şeparddır. Bunun sayəsində oyunçular Half-Life süjetinə digər personajın gözü ilə baxmağı imkan əldə edirlər.
Krisalis Software
Teque Software (əvvəllər Krisalis Software) — videooyun istehsalçısı və nəşrçisi. Studiya 1987-ci ildə Toni Kavana, Piter Harrap və Şon Hollinqvort tərəfindən yaradılmışdır. Şirkətin adı "Chrysalis Software Ltd." olacaqdı, ancaq yaranmış hüquqi mübahisədən sonra dəyişdirilmişdir. Studiya 2001-ci ilin aprel ayında yenidən strukturlaşdırlmış və orijinal "Teque Software" adını işlətmişdir. Teque Software" 60-dan çox videooyun üstündə işləmiş, 30 noyabr 2001-ci il tarixində bağlanmışdır.
Software engineering
Proqram təminatı mühəndisliyi və ya Proqram mühəndisliyi - sistemləşdirilmiş standartlar qrupundan istifadə etməklə proqram vasitələri və komplekslərinin işlənilməsi, praktiki tətbiqi, müşayiət edilməsi və təkmilləşdirilməsini təmin edən elm sahəsidir Proqram mühəndisliyi təkcə proqram təminatının texniki məsələləri ilə deyil, həm də proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. kimi məslələrlə də məşğul olur. Bundan əlavə, proqram mühəndisliyinin əsas məqsədlərindən biri də proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir. Proqram təminatı mühəndisliyi proqram təminatının dizaynı, yaradılması, idarə edilməsi ilə maraqlanan sahədir. İlk dəfə 1968-ci ildə NATO-nun keçirdiyi proqram təminatı mühəndisliyi konfransında bu termindən istifadə edilib. İEEE tərəfindən proqram təminatı mühəndisliyi barədə "Software Engineering Body of Knowledge" (SWEBOK) nəşr olunub. Proqram təminatı mühəndisliyi dinamik şəkildə dəyişən peşə sahəsidir. Aparat platformalarının fasiləsiz şəkildə inkişaf etməsi, eyni zamanda, onların sənaye və istehsalatın müxtəlif sahələrində tətbiqinin getdikcə artması proqram təminatına olan tələbatı daha da artırır. Bununla yanaşı, proqramlaşdırma texnologiyaları da dayanmadan inkişaf edir. Minlərlə proqramlaşdırma dili mövcud olduğuna görə bu dillər üçün müxtəlif kitabxanalar, modullar, işlənilmə mühiti və s.
Teque Software
Teque Software (əvvəllər Krisalis Software) — videooyun istehsalçısı və nəşrçisi. Studiya 1987-ci ildə Toni Kavana, Piter Harrap və Şon Hollinqvort tərəfindən yaradılmışdır. Şirkətin adı "Chrysalis Software Ltd." olacaqdı, ancaq yaranmış hüquqi mübahisədən sonra dəyişdirilmişdir. Studiya 2001-ci ilin aprel ayında yenidən strukturlaşdırlmış və orijinal "Teque Software" adını işlətmişdir. Teque Software" 60-dan çox videooyun üstündə işləmiş, 30 noyabr 2001-ci il tarixində bağlanmışdır.
Xtreme Software
Insomniac Games, Inc. (əvvəllər Xtreme Software) — ABŞ videooyun istehsalı şirkəti. Şirkət 1994-cü ildə Ted Prays tərəfindən "Xtreme Software" adı altında təsis edilmişdir və növbəti ilə adını dəyişmişdir. Şirkət ən çox Əjdaha Spayro, Retçet və Klenk kimi erkən PlayStation talismanların müəllifi, eləcə də "Resistance" franşizasının, 2014-cü ildə satışa çıxarılan "Sunset Overdrive" və 2018-ci ildə satışa çıxarılan "Spider-Man" videooyununun istehsalçısı olmaqla tanınır. Şirkətin ilk layihəsi ilk PlayStation konsolu üçün hazırlanan "Disruptor" videooyunu idi. Bu oyunun pis satmasına görə şirkət müflisləşməyə çox yaxın idi. "Insomniac Games" şirkətinin növbəti layihəsi "Spyro the Dragon" idi. Oyunun əldə etdiyi müvəffəqiyyət iki il ərzində daha iki sikvelin satışa çıxarılmasına gətirib çıxarmışdır. a successful video game that spawned two sequels within two years. "Insomniac Games" şirkəti "Sony Computer Entertainment" ilə yaxından əməkdaşlıq edirdi və korporasiya üçün iki oyun franşizası yaratmışdır – "Ratchet & Clank" və "Resistance".
IntelliJ Software
JetBrains (əvvəlki adı IntelliJ Software) — proqram tərtibatçıları və layihə menecerləri üçün alətlər hazırlayan Çex proqram təminatı tərtibatı özəl məhdud məsuliyyətli şirkəti. Şirkətin baş ofisi Praqadadır və Çin, Avropa və ABŞ-də ofisləri var. Şirkət müxtəlif proqramlaşdırma dilləri üçün inteqrasiya olunmuş inkişaf mühitləri (IDE) təklif edir. 2011-ci ildə Java virtual maşınında (JVM) işləyə bilən Kotlin proqramlaşdırma dilini yaradıb. InfoWorld jurnalı 2011 və 2015-ci illərdə şirkəti "İlin Texnologiyası" mükafatına layiq görüb. == Tarixi == Əvvəlcə IntelliJ Software adlanan JetBrains, 2000-ci ildə Praqada üç rus proqram tərtibatçısı, Sergey Dmitriev, Valentin Kipyatkov və Eugene Belyaev tərəfindən təsis edilmişdir. Şirkətin ilk məhsulu Java dilində kodun refaktorinqi aləti olan IntelliJ Renamer idi. 2012-ci ildə baş icraçı direktor Sergey Dmitriyevin yerinə Oleq Stepanov və Maksim Şafirov keçdi. 2021-ci ildə The New York Times nəşrinin iddiasına görə, naməlum tərəflər SolarWinds kiberhücumlarına və digər geniş yayılmış təhlükəsizlik kompromislərinə səbəb olan zərərli proqramları JetBrains proqram təminatına yerləşdirmiş ola bilər. JetBrains yayımladığı press-relizdə, heç bir hökumət və ya təhlükəsizlik qurumu ilə əlaqə saxlamadıqlarını və "heç bir şəkildə bu hücumda iştirak etmədiklərini" bildirdi.
Berkeley Software Distribution
BSD – (Berkeley Software Distribution) günümüzdə dəstəklənməyən, Unix əməliyyat sistemi. Bu sistem 1977-1995-ci illərdə Berkli Kaliforniya Universiteti tərəfindən dəstəklənib. ArchBSD, BSDBox, BSDeviant, BSDLive, Bzerk CD kimi bir çox əməliyat sistemi BSD üzərində qurulub.
Business Software Alliance
Business Software Alliance (BSA) – piratçılığa qarşı proqram təminatı istehsalçılarını birləşdirən qrup. 1988-ci ildə qurulub. BSA qrupu proqram təminatı oğurluğunu qadağan edən qanunların qəbul olunmasına köməklik göstərir, istifadəçilər arasında maarifləndirmə işləridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Free Software Foundation
Azad proqram təminatı fondu (APTF; ing. Free Software Foundation, FSF) – azad proqram təminatı hərəkatını və xüsusən də GNU Layihəsini dəstəkləmək üçün 1985-ci il oktyabr ayında Massaçusets ştatının Boston şəhərində Riçard Stallman tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatı. Yarandığı vaxtdan 1990-cı illərin ortalarına qədər Fondun vəsaitləri ilk növbədə pulsuz proqram təminatı yazmaq üçün tərtibatçıların işə götürülməsi üçün istifadə olunurdu. 1990-cı illərin ortalarından axırlarına qədər pulsuz proqram təminatı bir çox şirkətlər və şəxslər tərəfindən yaradılmışdır, ona görə də Fondun əməkdaşları və könüllüləri əsasən azad proqram təminatı sahəsində hüquqi və təşkilati məsələlərlə məşğul olurlar. == Tarixi == Azad proqram təminatı fondu 1985-ci ildə ödənişsiz proqram təminatının işlənib hazırlanmasını dəstəkləyən qeyri-kommersiya korporasiyası kimi təsis edilmişdir. Bu, dərsliklərin və lentlərin satışı kimi mövcud GNU layihələrini davam etdirmiş, ödənişsiz proqram təminatı sisteminin tərtibatçılarını işə götürmüşdür. Azad proqram təminatı fondu o vaxtdan bəri bu fəaliyyətləri davam etdirir, həmçinin azad proqram təminatı hərəkatını müdafiə edir. APTF həmçinin, bir neçə ödənişsiz proqram lisenziyasının idarəedicisidir. Yəni, APTF dərc edir və lazım gəldikdə düzəlişlər etmək imkanına malikdir. 2001-ci ilin sonunda o vaxtkı icraçı direktor Bredli Kun Moqlen, Devid Turner və Piter Braunun köməyi ilə bu səyləri APTF-nin GPL Uyğunluq Laboratoriyalarında rəsmiləşdirmişdir.
Apache Software Foundation
Apache Software Foundation (ASF) — bir sıra açıq mənbə proqram təminatı layihələrini dəstəkləmək üçün amerikan qeyri-kommersiya korporasiyası (ABŞ-də 501(c) (3) təşkilatı kimi təsnif edilir). ASF Apache HTTP Serverinin bir qrup tərtibatçısı ilə yaradılmış və 25 mart 1999-cu ildə birləşdirilmişdir. 2021-ci ilə olan məlumata görə təxminən 1000 üzvü mövcuddur. Apache Software Foundation tərtibatçıların mərkəzləşdirilməmiş açıq mənbə icmasıdır. Onların yaratdığı proqram təminatı pulsuz və açıq mənbəli proqram təminatı (FOSS) üçün icazə verilən açıq mənbə lisenziyası olan Apache Lisenziyasının şərtləri əsasında paylanır. Apache layihələri əməkdaşlıq, konsensusa əsaslanan tərtibat prosesi və açıq və praqmatik proqram lisenziyası ilə xarakterizə olunur, yəni proqram təminatını pulsuz əldə edən tərtibatçılara onu pulsuz olmayan şərtlərlə yenidən paylamağa imkan verir. Hər bir layihə, layihəyə fəal töhfə verən texniki ekspertlərdən ibarət öz-özünə seçilmiş komanda tərəfindən idarə olunur. ASF meritokratiyadır, yəni fondun üzvlüyü yalnız Apache layihələrinə fəal töhfə vermiş könüllülərə verilir. ASF ikinci nəsil açıq mənbə təşkilatı hesab olunur, ona görə də kommersiya dəstəyi platformanın bağlanması riski olmadan təmin edilir. ASF-nin məqsədlərinə Apache layihələrində çalışan könüllülərin hüquqi müdafiəsini təmin etmək və "Apache" brendinin başqa təşkilatlar tərəfindən icazəsiz istifadəsinin qarşısını almaq daxildir.
Entertainment Software Rating Board
Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər. Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur: • “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”; • “E” (“Everyone”) – “Hər kəs”; • “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”; • “T” (“Teen”) – “Yeniyetmələr”; • “M” (“Mature”) – “Yetkin yaşlılar”; • “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”; • “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”. Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.
GT Interactive Software Corp.
Atari, Inc. (əvvəllər GT Interactive Software Corp. və Infogrames, Inc.) — "Atari, SA" şirkətinin ABŞ filialı və nəşr qolu. 1993-cü ildə "GoodTimes Home Video" şirkətinin videooyun nəşri qolu kimi yaradılmışdır. Şirkətin böyük bir hissəsi 1999-cu ildə "Infogrames" tərəfindən satın alınır və adını "Infogrames, Inc." olaraq dəyişir. "Infogrames Entertainment" şirkətinin 2003-cü ilin may ayında keçirdiyi rebrendinq kampaniyasının bir parçası olaraq, "Infogrames, Inc." adını "Atari, Inc." olaraq dəyişmişdir. "Infogrames" 11 oktyabr 2008-ci il tarixində şirkətin satın alma prosesini tamamlayır və tamamilə öz filialına çevirir. "Atari, Inc." 21 yanvar 2013-cü il tarixində bankrot olur. == Tarixi == "GT Interactive Software Corporation" (GTI) 1993-cü ilin fevral ayında "GoodTimes Home Video" şirkətinin filialı kimi yaradılmışdır. Şirkətin prezidenti Ron Çaymoviç olmuçdur.
Software as a service
Xidmət kimi proqram təminatı (ing. Software as a service; SaaS) — proqram təminatının abunə əsasında lisenziyalaşdırıldığı və mərkəzləşdirilmiş şəkildə yerləşdiyi lisenziyalaşdırma və çatdırılma modeli. SaaS həmçinin tələb olunan proqram təminatı, veb-əsaslı proqram təminatı və ya veb-host proqram təminatı kimi də tanınır. SaaS, xidmət kimi infrastruktur (IaaS) və xidmət kimi platforma (PaaS) ilə birlikdə bulud hesablamalarına xas biznes modelidir. SaaS proqramlarına adətən veb brauzer istifadəçiləri ("incə" müştəri) daxil olurlar. SaaS ofis proqramı, mesajlaşma proqramı, əmək haqqı emal proqramı, DBMS proqramı, idarəetmə proqramı, CAD proqramı, inkişaf proqramı, oyunlaşdırma, virtuallaşdırma, mühasibatlıq, əməkdaşlıq, müştəri münasibətlərinin idarə edilməsi (CRM), idarəetmə məlumat sistemləri (MIS), müəssisə resurslarının planlaşdırılması (ERP), faktura, sahə xidmətinin idarə edilməsi, insan resurslarının idarə edilməsi (HRM), istedadların əldə edilməsi, öyrənmə idarəetmə sistemləri, məzmunun idarə edilməsi (CM), coğrafi informasiya sistemləri (GIS) və xidmət masasının idarə edilməsi daxil olmaqla bir çox iş proqramları üçün ümumi çatdırılma modelidir. SaaS demək olar ki, bütün korporativ proqram təminatı şirkətlərinin strategiyalarına daxil edilmişdir. Biznes proqramlarının mərkəzləşdirilmiş hostinqi 1960-cı illərə təsadüf edir. Həmin illərdən başlayaraq, IBM və digər əsas kompüter provayderləri tez-tez vaxt mübadiləsi və ya kommunal hesablama kimi adlandırılan bir xidmət bürosu işi aparmağa başladılar. Bu cür xidmətlərə hesablama gücü və verilənlər bazası saxlanması, banklara və digər böyük təşkilatlara öz ümumdünya məlumat mərkəzlərindən təklif etmək daxildir.
The Apache Software Foundation
Apache Software Foundation (ASF) — bir sıra açıq mənbə proqram təminatı layihələrini dəstəkləmək üçün amerikan qeyri-kommersiya korporasiyası (ABŞ-də 501(c) (3) təşkilatı kimi təsnif edilir). ASF Apache HTTP Serverinin bir qrup tərtibatçısı ilə yaradılmış və 25 mart 1999-cu ildə birləşdirilmişdir. 2021-ci ilə olan məlumata görə təxminən 1000 üzvü mövcuddur. Apache Software Foundation tərtibatçıların mərkəzləşdirilməmiş açıq mənbə icmasıdır. Onların yaratdığı proqram təminatı pulsuz və açıq mənbəli proqram təminatı (FOSS) üçün icazə verilən açıq mənbə lisenziyası olan Apache Lisenziyasının şərtləri əsasında paylanır. Apache layihələri əməkdaşlıq, konsensusa əsaslanan tərtibat prosesi və açıq və praqmatik proqram lisenziyası ilə xarakterizə olunur, yəni proqram təminatını pulsuz əldə edən tərtibatçılara onu pulsuz olmayan şərtlərlə yenidən paylamağa imkan verir. Hər bir layihə, layihəyə fəal töhfə verən texniki ekspertlərdən ibarət öz-özünə seçilmiş komanda tərəfindən idarə olunur. ASF meritokratiyadır, yəni fondun üzvlüyü yalnız Apache layihələrinə fəal töhfə vermiş könüllülərə verilir. ASF ikinci nəsil açıq mənbə təşkilatı hesab olunur, ona görə də kommersiya dəstəyi platformanın bağlanması riski olmadan təmin edilir. ASF-nin məqsədlərinə Apache layihələrində çalışan könüllülərin hüquqi müdafiəsini təmin etmək və "Apache" brendinin başqa təşkilatlar tərəfindən icazəsiz istifadəsinin qarşısını almaq daxildir.